Menyu

Prezident İlham Əliyevə “Xankəndi” FK-nın forması təqdim olunub

Operativ Media
Prezident İlham Əliyevə “Xankəndi” FK-nın forması təqdim olunub
1 dəq oxu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərinə səfəri çərçivəsində əsaslı yenidənqurmadan sonra açılışı olan Xankəndi şəhər stadionu ilə tanış olub.

Operativ Media xəbər verir ki, dövlət başçısı stadionun soyunub-geyinmə otağına baş çəkib. Burada Prezident İlham Əliyevə Xankəndi Futbol Klubunun futbolçuları üçün hazırlanmış oyun formaları təqdim olunub.

Qeyd edək ki, Xankəndi şəhər stadionunun yenidən qurulması şəhərdə futbol ənənələrinin bərpası və idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər