Menyu

Bayram günlərində Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Operativ Media
Bayram günlərində Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək
1 dəq oxu

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində Bakı Metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Operativ Media xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Bildirilib ki, qeyd olunan tarixlərdə qatarların hərəkəti istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək. “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək.

“İçərişəhər–Həzi Aslanov” və əks istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə təşkil edəcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılacaq.

Bənövşəyi xətdə qatarların hərəkəti bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.

Əlaqəli Xəbərlər