Menyu

Limada Zəfər Günü münasibətilə meriya binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Operativ Media
Limada Zəfər Günü münasibətilə meriya binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
1 dəq oxu

Limada Zəfər Günü münasibətilə şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Azərbaycanın Perudakı səfirliyindən Operativ Media-ya verilən məlumata görə, Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə Perunun paytaxtı Limada şəhər meriyasının tarixi binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Limanın tarixi mərkəzində, Silahlar meydanında yerləşən meriya binasının Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması iki ölkə arasında dostluq və həmrəyliyin rəmzi ifadəsidir.

Meriya binası üç gün ərzində Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

Fotogalereya

Əlaqəli Xəbərlər