Menyu

İran: Hörmüz boğazı 7 şərt yerinə yetirilənədək açılmayacaq

Nicat Hüseynli
İran: Hörmüz boğazı 7 şərt yerinə yetirilənədək açılmayacaq
1 dəq oxu

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ-nin Tehranın tələblərinə cavabını aldadıcı adlandıraraq, Hörmüz boğazının 7 şərt yerinə yetirilənədək açılmayacağını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Rezayi ABŞ ilə hazırda heç bir danışıqların aparılmadığını vurğulayıb və Vaşinqtonun açıqlamalarının iqtisadi təzyiqi azaltmaq məqsədi daşıdığını iddia edib.

İranın şərtləri arasında dəniz blokadasının və sanksiyaların ləğvi, gəmilərin təhlükəsiz keçidi, dondurulmuş aktivlərin azad edilməsi və müharibəyə son qoyulması yer alır.

Əlaqəli Xəbərlər