Menyu

Bazarda qiymətlər necə dəyişib? – VİDEO

Nicat Hüseynli
Bazarda qiymətlər necə dəyişib? – VİDEO
1 dəq oxu

Paytaxt bazarlarında bəzi məhsulların qiyməti ötən illə müqayisədə ucuzlaşsa da, alıcı fəallığı azalıb. Satıcılar alıcılıq qabiliyyətinin zəiflədiyini bildirirlər.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, fındıq ləpəsinin kiloqramı 20 manata, qoz ləpəsi 12-13 manata təklif olunur. Meyvə qurularının qiyməti isə 5-20 manat arasında dəyişir.

Pomidorun qiyməti 1 manata düşüb, xiyar isə ötən illə müqayisədə bahalaşaraq 70-80 qəpiyə satılır. Kənd yumurtasının qiyməti də 25 qəpikdən 40 qəpiyə yüksəlib.

Quzu ətinin kiloqramı 14-15 manat, mal əti 13-16 manat, balıq məhsulları isə 5-15 manat arasında təklif olunur.

Satıcılar qiymətlərin bəzi məhsullarda sabit və ya aşağı olmasına baxmayaraq, bazara gələn alıcıların sayının azaldığını qeyd edirlər.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər