Menyu

İsmayıl Bəqai: Diplomatiya seçim olaraq qalır, lakin şərtlərimiz dəyişməzdir

Nicat Hüseynli
İsmayıl Bəqai: Diplomatiya seçim olaraq qalır, lakin şərtlərimiz dəyişməzdir
1 dəq oxu

İran ABŞ ilə gərginliyin azaldılması üçün diplomatik danışıqlara açıq olduğunu, lakin irəli sürdüyü şərtlərdən geri çəkilməyəcəyini bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

O, Qətərin baş nazirinin Tehran və Vaşinqtona səfərlərini şərh edərək region ölkələrinin diplomatik kanallarla gərginliyi azaltmağa çalışmasının təbii olduğunu qeyd edib.

Bəqai İranın heç vaxt diplomatiyadan imtina etmədiyini və mövqeyinin dəyişməz qaldığını vurğulayıb.

Əlaqəli Xəbərlər