Menyu

Hikmət Hacıyev: Ermənistan kütləvi məzarlıqlar və mina xəritələri barədə məlumatları açıqlamalıdır

Operativ Media
Hikmət Hacıyev: Ermənistan kütləvi məzarlıqlar və mina xəritələri barədə məlumatları açıqlamalıdır
1 dəq oxu

Azərbaycanda hazırda 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

O, tanınmış fotoqraf Rza Diqqətinin (Reza Deghati) Azərbaycanda itkin düşmüş şəxslərə həsr olunmuş kitabını ona təqdim etməsinə görə təşəkkürünü bildirib.

H.Hacıyev qeyd edib ki, fotoqrafın obyektivindən onilliklərdir yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısı dünyaya çatdırılır.

O qeyd edib ki, ərazilərimizin işğaldan azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkar edilib. Qalıqların tapılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

H.Hacıyev Ermənistanın 200-dən çox kütləvi məzarlığın yeri barədə məlumatları açıqlamalı olduğunu vurğulayıb.

O, həmçinin 2020–2023-cü illərdə keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrinin təqdim edilməsini tələb edib. Bildirilib ki, sözügedən ərazi 440 kilometrdən çox uzunluğa və 2 kilometr dərinliyə malikdir.

Prezidentin köməkçisi qeyd edib ki, minalar mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olmaqda, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına maneə yaratmaqdadır.

H.Hacıyev bu məsələnin sırf humanitar xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, müvafiq məlumatların paylaşılması etimadın möhkəmləndirilməsinə, keçid ədalətinə və regionda davamlı sülhə mühüm töhfə ola bilər. O vurğulayıb ki, ailələr itkin düşmüş yaxınlarının taleyini bilməyə layiqdirlər.

Əlaqəli Xəbərlər