Menyu

Kuşner: Ukraynaya təhlükəsizlik zəmanətləri daha geniş razılaşmaların tərkib hissəsi olmalıdır

Operativ Media
Kuşner: Ukraynaya təhlükəsizlik zəmanətləri daha geniş razılaşmaların tərkib hissəsi olmalıdır
1 dəq oxu

ABŞ administrasiyası Ukraynaya veriləcək hər hansı təhlükəsizlik zəmanətinin daha geniş razılaşmalar paketinin tərkib hissəsi olmasını vacib hesab edir.

Operativ Media TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Berlində keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətinin verilməsi ABŞ üçün çox ciddi məsələdir.

Kușnerin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp belə bir addıma açıqdır, lakin bu, ilk növbədə Amerikanın maraqlarına uyğun olmalıdır.

Xüsusi nümayəndə vurğulayıb ki, təhlükəsizlik zəmanətləri daha geniş təhlükəsizlik paketinin bir hissəsi kimi nəzərdən keçirilməlidir.

O, həmçinin Rusiyanın da bu yanaşmanı dəstəklədiyini bildirib.

Əlaqəli Xəbərlər