Menyu

Belarus Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib

Operativ Media
Belarus Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib
1 dəq oxu

Azərbaycan və Belarus respublikaları müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi – Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib.

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla “Rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü” keçirilib. Tədbirdə həmçinin rabitə bölmələrinin və vasitələrinin tətbiqi, eləcə də digər mövzulara dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti N saylı hərbi hissədə olub. Burada qonaqlara Azərbaycan Ordusunda rabitə işinin təşkili haqqında ətraflı məlumat verilib, müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnikalar təqdim olunub.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib, ölkəmizin hərb tarixi, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə tanış olublar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, səfər ölkələrimiz arasında qoşunlarda rabitə işinin təşkili sahəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və kadr hazırlığı istiqamətində əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər