Menyu

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Operativ Media
 Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
1 dəq oxu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb.

Ərazidə vəziyyətin dinamikası izlənilir.

Əlaqəli Xəbərlər