Menyu

Azərbaycan və Vyetnam arasında birbaşa reyslərin açılması müzakirə edilib

Operativ Media
Azərbaycan və Vyetnam arasında birbaşa reyslərin açılması müzakirə edilib
1 dəq oxu

Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnamın Baş naziri Le Minh Hunq iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələlərini müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 20-də Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşünda məlumat verilib.

Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan bazarının Vyetnam biznes nümayəndələri üçün cəlbediciliyi və onların burada iştirakda maraqlı olmaları qeyd edilib, tikinti, turizm istiqamətləri üzrə əməkdaşlıq, ölkələrimiz arasında birbaşa aviareyslərin açılması məsələləri müzakirə olunub.

Əlaqəli Xəbərlər