Menyu

AKAS-ın məşqçi heyəti “Qarabağ”ın bazasını ziyarət edib

Operativ Media
AKAS-ın məşqçi heyəti “Qarabağ”ın bazasını ziyarət edib
1 dəq oxu

Qazaxıstanın futbol akademiyası AKAS-ın məşqçi heyəti “Qarabağ”ın məşq bazasında olub və klubun hazırlıq prosesini izləyiblər.

Operativ Media xəbər verir ki, bu barədə akademiyanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər zamanı mütəxəssislər əsas komandanın məşq metodları, infrastrukturu və futbolçuların hazırlıq şəraiti ilə tanış olublar.

Görüşdə müasir futbol texnologiyalarının tətbiqi də müzakirə edilib. “Qarabağ”ın mütəxəssisləri ilə birlikdə Catapult sisteminin qurulması və istifadəsi prosesi nəzərdən keçirilib. Bu texnologiyanın fiziki yüklənmələrin izlənilməsi və məşqlərin təhlilindəki rolu barədə fikir mübadiləsi aparılıb.

AKAS nümayəndələri klubun idman zalı, futbolçuların qidalanma və bərpa sistemi ilə tanış olub, komandanın məşqini izləyiblər.

Səfər çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla da görüş keçirilib. Tərəflər söhbət zamanı təcrübə mübadiləsi aparıblar.

AKAS nümayəndələri göstərilən qonaqpərvərliyə və klubun fəaliyyətini yaxından öyrənmək imkanına görə “Qarabağ”a təşəkkür ediblər. Bildirilib ki, səfər zamanı əldə olunan təcrübə və biliklər akademiyanın inkişafına töhfə verəcək.

Əlaqəli Xəbərlər