Menyu

"Real Madrid" Tibo Kurtua ilə yeni müqavilə imzalayacaq

Operativ Media
"Real Madrid" Tibo Kurtua ilə yeni müqavilə imzalayacaq
1 dəq oxu

“Real”ın qapıçısı Tibo Kurtua Madrid klubu ilə müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzadacaq.

Operativ MediaBu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı belçikalı qolkiper müqaviləsini daha bir mövsüm uzadacaq. Qapıçının əvvəlki sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Yeni müqavilə ilə bağlı rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir.

Kurtua oktyabr ayında klub rəhbərliyi ilə danışıqlar apardığını təsdiqləmişdi. Həmin vaxt qolkiper karyerasını “Real”da başa vurmaq istədiyini bildirmişdi.

Belçikalı futbolçu 2018-ci ildən “Real”da çıxış edir. O, Madrid klubu ilə iki dəfə Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının qalibi olub, həmçinin ölkə kubokunu qazanıb.

Kurtua 2026/27 mövsümündə bütün turnirlərdə 15 matçda iştirak edib və 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Əlaqəli Xəbərlər