Menyu

Azərbaycan Buxarestdə Yaşıl Enerji Dəhlizinin 13-cü Nazirlər Görüşündə iştirak edəcək

Şəfa Hüseynli
 Azərbaycan Buxarestdə Yaşıl Enerji Dəhlizinin 13-cü Nazirlər Görüşündə iştirak edəcək
1 dəq oxu

Azərbaycan, Rumıniya və Macarıstanın energetika nazirləri Buxarestdə keçiriləcək Yaşıl Enerji Dəhlizinin 13-cü Nazirlər Görüşündə iştirak edəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, iclasda Yaşıl Enerji Dəhlizində iştirak edən ölkələrin nümayəndələri layihənin icrası prosesində əldə edilən irəliləyişi, texniki-iqtisadi əsaslandırmanın nəticələrini və layihənin inkişafında atılacaq növbəti addımları müzakirə edəcəklər. Mövcud aktual məsələlərə və layihənin praktiki icrası üçün zəruri olan tədbirlərin müəyyən edilməsinə diqqət yetiriləcək.

Əlaqəli Xəbərlər