İraq hökuməti ali məktəb şagirdləri üçün imtahan günlərində bütün ölkə ərazisində internetin dörd saat müddətinə bağlanması qərarını təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə İraqın Alsumaria telekanalı Təhsil Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Nazirlər Şurası imtahan prosesinin uğurlu keçməsi üçün orta məktəb və liseylərdə imtahan zamanı internetin 4 saat dayandırılmasını təsdiqləyib”, - deyə nazirliyin açıqlamasında bildirilir.