Menyu

Lerikdə qanunsuz  kömür quyusu aşkar edilib

Nərmin Qocamanlı
Lerikdə qanunsuz  kömür quyusu aşkar edilib

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ekoloji mühitin qorunması məqsədilə keçirilən növbəti nəzarət tədbirlər zamanı qanunsuz olaraq ağac kömürü istehsal edilən kömür quyusu aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, qanunsuz kömür istehsal edən şəxsin rayonun Daster kənd sakini İ.Abdullayev olması müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib, qanunamüvafiq qaydada tədbirlər görülüb.

Teqlər:

"Lerikd\u0259 qanunsuz \u00a0k\u00f6m\u00fcr quyusu a\u015fkar edilib"

Əlaqəli Xəbərlər