http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vergiödəyicilərinə 1 milyondan çox vergi xidməti göstərilib

12 Dekabr 2023 , 11:25
Vergiödəyicilərinə 1 milyondan çox vergi xidməti göstərilib

Cari ilin yanvar-noyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 591min 630 şəxs qəbul edilib və onlara 1 milyon 39 min 162 sayda xidmət göstərilib.

"Operativ Media" Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bunlardan 287 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 239 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 88,2 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Cari ilin yanvar-noyabr ayları ərzində vergiödəyicilərindən daxil olmuş 27 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 10 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 590 minədək SMS göndərilib. Dövr ərzində 2982 vergiödəyicisinin iştirakı ilə 263 görüş keçirilib, 4721 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.

İlin əvvəlindən 242min 737 müraciət üzrə 371 min 901 Asan İmza sertifikatı verilib. Həmçinin 18,9 mindən çox vergiödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR
Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb

Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:56

    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
  • Dünən
    22:49

    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
  • Dünən
    22:37

    Azərbaycan-İran mədəni əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:34

    Azərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
Menyu