http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Gürcüstan parlamentinin sədri Heydər Əliyevin məzarını ziyarət edib

12 Dekabr 2023 , 11:27
Gürcüstan parlamentinin sədri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Ziyarət zamanı, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

OXŞAR XƏBƏRLƏR
Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb

Yasamal rayonunda qaz kəsiləcək

Yasamal rayonunda qaz kəsiləcək

Küləkli hava sabahadək davam edəcək

Küləkli hava sabahadək davam edəcək

XƏBƏR LENTİ
  • 09:45

    AL: "Roma" "Bayer"ə, "Olimpik Marsel" "Atalanta"ya qarşı
  • 09:45

    Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb
  • 09:37

    Ermənistanda Azərbaycan sərhədinin çəkilməsinə etiraz edən 31 nəfər saxlanılıb
  • 09:35

    Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu
  • 09:31

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti tərəfindən qəbul edilib
  • 09:28

    ABŞ Dövlət Departamenti: "Gürcüstanın bəyanatları Aİ və NATO-ya üzv olmaq imkanını riskə atıb"
  • 09:25

    "Traktor" doğma meydanda xal itirdi
  • 09:15

    Yasamal rayonunda qaz kəsiləcək
Menyu