http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

12 Dekabr 2023 , 15:50
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

"Operativ Media" xəbər verir ki, müsahibədə iştirak etmək istəyən namizədlər dekabrın 13-dən gələn ilin yanvar ayının 13-ü saat 18:00-dək sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri qurumun internet saytında yerləşdiriləcək.

Tələb olunan sənədlər aşağıdakılardır:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Vakant yerlər aşağıdakı məscidlərdədir:

1. Ağcabədi şəhəri "Cümə" məscidi - İmam

2. Astara rayonu, Kijəbə qəsəbəsi "Lovayın" məscidi - İmam müavini

3. Lənkəran rayonu, Separadi kənd məscidi - İmam müavini

4. Tovuz şəhər məscidi - İmam

5. Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - İmam

6. Qax şəhər məscidi - İmam

7. Bakı şəhəri, Yasamal rayonu "Təzəpir" məscidi - Qadın dini ayinlərin icraçısı

OXŞAR XƏBƏRLƏR
Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

XƏBƏR LENTİ
  • 21:35

    Gürcüstan Fransanı obyektivlik nümayiş etdirməməkdə ittiham edib
  • 21:20

    Trüdo: Demokratiyalarda fikir ayrılığı və qütbləşmə getdikcə artır
  • 21:05

    Tbilisidə etirazçılar AİB-in illik toplantısının keçirildiyi otelin qarşısında toplaşıblar
  • 20:50

    Ukrayna prezidenti hərbçilərə xəbərdarlıq edib
  • 20:35

    Böyük Britaniya iki İsrail təşkilatına qarşı sanksiya tətbiq edib
  • 20:33

    May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı
  • 20:21

    Finlandiyanın Kanadadakı səfiri istefa verib
  • 20:06

    Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb
Menyu