Menyu

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Nərmin Qocamanlı
İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün İqtisadiyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

"Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 20 il keçir. Siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimizin xilaskarına çevrilmiş Ümummilli Lider daim dərin rəğbətlə anılır.

Ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması və sürətli inkişafı Ulu Öndərin uzaqgörən siyasəti, mütərəqqi ideyaları və Vətənə olan sonsuz sevgisinin nəticəsidir. Azərbaycan dövlətinə və xalqına misilsiz xidməti ilə milli etalona çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev tarix boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq!", - deyə məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər