ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Nərmin Qocamanlı
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.
"Operativ Media"xəbər verir ki, nazirliyin kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Teqlər:
"ETSN-in kollektivi Ulu \u00d6nd\u0259r Heyd\u0259r \u018fliyevin m\u0259zar\u0131n\u0131 ziyar\u0259t edib"