Menyu

Beyləqanda 4 ədəd odlu silah polisə təhvil verilib

Nərmin Qocamanlı
Beyləqanda 4 ədəd odlu silah polisə təhvil verilib
1 dəq oxu

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, tədbir zamanı rayon sakinlərinin mərhum ailə üzvlərinə məxsus 4 ov silahı polis əməkdaşları tərəfindən təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Əlaqəli Xəbərlər