Yağıntılı hava şəraiti dekabrın 14-ü axşamadək davam edəcək
Nərmin Qocamanlı
Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net