Menyu

Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb

Nərmin Qocamanlı
Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb

Hacıqabul Rayon Polis Şöbəsinin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Meyniman kəndi ərazisində məişət tullantıların qalaqlanması faktı aşkar edilib. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən kənd bələdiyyəsinin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub. 
Bundan əlavə, həmin kənd ərazisində davam etdirilən nəzarət tədbirləri zamanı daha bir nəfər sakininin də eyni qayda pozuntusuna yol verdiyi müəyyən edilib. Həmin şəxs barəsində də inzibati qaydada tədbirlər görülüb.

Teqlər:

"Hac\u0131qabulda b\u0259l\u0259diyy\u0259 s\u0259dri bar\u0259sind\u0259 qanunvericiliy\u0259 uy\u011fun olaraq t\u0259dbirl\u0259r g\u00f6r\u00fcl\u00fcb"

Fotogalereya

Əlaqəli Xəbərlər