Menyu

Biləcəridə evdən 4000 manatlıq oğurluq edilib

Nərmin Qocamanlı
Biləcəridə evdən 4000 manatlıq oğurluq edilib
1 dəq oxu

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 11-də Biləcəri qəsəbəsindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı, araşdırma aparılır.

Əlaqəli Xəbərlər