Menyu

Ağsuda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Ağsuda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb

Ağsu rayonunun Yenilik kəndində xırdabuynuzlu heyvanların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Qahir Eyvazov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki,çoban işləyən Q.Eyvazov nobatda olarkən kənd sakinlərinə məxsus heyvanları oğurlayaraq ayrı-ayrı şəxslərə satıb.

Keçirilmiş tədbirlərlə satdığı şəxslər də müəyyən olunub və həmin xırdabuynuzlu heyvanlar sahiblərinə geri qaytarılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Teqlər:

"A\u011fsuda x\u0131rdabuynuzlu heyvanlar\u0131 o\u011furlayan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər