http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Təmirli, yoxsa təmirsiz mənzil? Hansı daha sərfəlidir?

14 Dekabr 2023 , 18:01
Təmirli, yoxsa təmirsiz mənzil? Hansı daha sərfəlidir?

Paytaxtda daşınmaz əmlak qiymətləri ildən-ilə artmaqdadır. Təmirli mənzillərin qiyməti baha olsa da, son zamanlar alıcılar xüsusilə təmirsiz mənzillərə üstünlük verir.

“Operativ Media”ya açıqlama verən memar-dizayner Namiq Xaliqoğlu deyir ki, xüsusilə, gənc ailələr mənzil alarkən otaqların dizaynını özləri təyin etmək istəyirlər. 

Namiq Xaliqoğlunun sözlərinə görə, təmirli evlərə tələbat olsa da, ancaq bəzən həmin mənzillərdə sonradan müəyyən problemlər yaranır ki, onları da aradan qaldırmaq daha baha başa gəlir.

“Təmirsiz almaq daha sərfəlidir. Çünki təmir əsnasında təmiri kim və necə edib bilmirik. Bəzən alınan evlərdə elektrik sistemində problem, kermaqranitdə, laminantda problemlər müşahidə edilir. Onun üçün də sifarişçilərə tövsiyəm odur ki, hazır mənzillərdən uzaq olun. Hal-hazırda modern və neoklassik üslublara daha çox üstünlük verilir. Açıq tonlardan istifadə olunur. Sadəcə biz çalışırıq, hər bir müştərinin evində bir balaca fərqlilik yaradaq. Yəni standart bir dizayn üzərindən getməyək". 

Dizayner deyir ki, təmir üçün lazım olan ləvazimatlar bahalaşıb. Hazırda mənzilin 1 kvadratmetrinə görə təmir-dizayn qiyməti 250-300 manatdan, sadəcə dizayn isə 15 manatdan başlayır.

“Bahalaşma yoxdur, əksinə, daha da ucuzlaşma var. 15 AZN-dən üzü yuxarı stilə görə qiymətlər dəyişir. Müştəri tam sonda bizdən açarı götürür və mənzilinə baxır. İkinci mərhələ isə materialları müştəri özü alır, lazım olan avadanlıqları, kermaqranitlərdir, laminantlardır. Bizdən isə sadəcə icra etməkdir. Bu dəqiqə full paket edən daha çoxdur, çünki hamı işdə olur. Bizə lazım olan materialları, malları müştəri istədiyimiz vaxt alıb bizə çatdıra bilmir. 70 kvadratmetrlik bir mənzilin təmir və dizayn işləri tam paketdə 20-25 min manata başa gəlir. Ekonom paketdə mənzilin kvadratının təmir-dizaynı qiyməti 250-270, standart paketdə 300, premium paketdə isə 400-500 manat arası dəyişir”.

OXŞAR XƏBƏRLƏR
Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb

Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • 23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • 23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • 23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • 22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • 22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
  • 22:46

    Ceyhun Bayramov İslam Qida Təhlükəsizliyi Təşkilatının baş direktoru ilə görüşüb - YENİLƏNİB
  • 22:18

    Azərbaycan və Pakistan XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB
Menyu