http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib

14 Dekabr 2023 , 19:36
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib

Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti, sayca doqquzuncu iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda müvafiq dövlət orqanları nümayəndələri, aparıcı ali təhsil müəssisələri, ixtisaslaşmış akademiyaları, elm ocaqlarını təmsil edən görkəmli hüquqşünaslarla yanaşı, ölkəmizdə təcrübə mübadiləsi ilə səfərdə olan Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti də iştirak edib.

Giriş nitqi ilə çıxış edən Baş prokuror müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, mübariz xalqımızın dəstəyi ilə rəşadətli ordumuz tərəfindən ölkə suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğunu, üç rəngli bayrağımızın Xankəndi şəhərimizdə dalğalanması ilə əbədiyyət qazandığını, genişmiqyaslı quruculuq və yenidənqurma işlərinin artıq Xankəndi, Ağdərə, Əsgəran və digər yaşayış məntəqələrini əhatə etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, Qarabağda mövcud olmuş ali təhsil ənənələrinin davamı olaraq, ölkə başçısı cənab İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Əminliklə həmin universitetin bölgənin elm və təhsil mərkəzi olacağı, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələblərinə uyğun regionda yüksəkixtisaslı kadrların hazırlığına öz layiqli töhfəsini verəcəyi bildirilib.

Daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Həkim səhvləri ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi”, “Azərbaycan Respublikasının Prokurorluğunda kriminoloji proqnozlaşdırma metodologiyasına yanaşma” adlı vəsaitlərin təqdimatı həyata keçirilib.

Şura iclasının növbəti hissəsində istintaq-məhkəmə, eləcə də cinayət təqibindən kənar fəaliyyət təcrübəsindən irəli gələn aktual məsələlərin müzakirəsi aparılıb.

İclasın yekun hissəsində müxtəlif hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Mayın 5-6-da maqnit qasırğası olacaq

Mayın 5-6-da maqnit qasırğası olacaq

ANAMA İdarə Heyətinin sədri  ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

ANAMA İdarə Heyətinin sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB

Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:05

    Mayın 5-6-da maqnit qasırğası olacaq
  • 19:18

    Prezident: İqlim problemlərinin həllinə töhfə üçün səylərimizi əsirgəməməliyik
  • 19:00

    Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Hakan Fidanla görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Hakan Fidanla görüşüb - YENİLƏNİB
  • 18:52

    Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov
  • 18:43

    Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb
    Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb
  • 18:24

    Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
  • 18:21

    Şəkidə iki nəfər güllələndi
    Şəkidə iki nəfər güllələndi
  • 17:35

    Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır - BMT-nin Baş katibi
Menyu