14 Dekabr 2023, 20:18
Azərbaycanda bu il 4 500-dən artıq zəlzələ qeydə alınıb
Azərbaycanda bu il 4 500-dən artıq zəlzələ qeydə alınıb şəkil
Azərbaycanda bu il 4 500-dən artıq zəlzələ qeydə alınıb

Ölkədə ilin əvvəlindən bu günə qədər 4500-dən çox zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, AMEA-nın Yer Elmləri bölməsi və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclasında Mərkəzin baş direktoru Qurban Yetirmişli çıxışı zamanı deyib.

Q.Yetirmişli ilin əvvəlindən bu vaxta qədər qeydə alınan zəlzələlərin statistikasını da açıqlayıb.

Onun sözlərinə görə, ilin əvvəlindən bu vaxta qədər 84 seysmik stansiya vasitəsi ilə Azərbaycan və ona bitişik ərazilərdə 9702, Azərbaycan ərazisində isə 4548 zəlzələ qeydə alınıb. Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 83 zəlzələ olub. Azərbaycan və ona bitişik ərazilərdə 37 hiss olunan zəlzələ olub. Azərbaycan ərazisində bu il baş verən ən yüksək maqnitudalı zəlzələ Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il və 7 dekabr 2023-cü il tarixlərində Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələlər).

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi