Menyu

Bahar Muradova Lənkəranda vətəndaşların müraciətlərini dinləyəcək

Nərmin Qocamanlı
Bahar Muradova Lənkəranda vətəndaşların müraciətlərini dinləyəcək
1 dəq oxu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova dekabrın 22-də Lənkəran şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

AQUPDK-nin mətbuat xidmətindən "Operativ Media"ya bildiriblər ki, Heydər Əliyev Mərkəzində vətəndaşlarla keçiriləcək görüşdə Lənkəran şəhəri, Astara və Lerik rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Əlaqəli Xəbərlər