Menyu

Xaçmazda iki sexdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkar edilib

Nərmin Qocamanlı
Xaçmazda iki sexdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, dekabrın 14-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xaçmaz rayonu ərazisində keçirdikləri tədbirlərlə Nərəcan və Qaraqurdlu kəndləri ərazisində fəaliyyət göstərən iki sexdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkar edilib.

Xaçmaz Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər