Menyu

Sosial şəbəkələrdə pirotexniki vasitələr satan iki nəfər saxlanılıb

Nərmin Qocamanlı
Sosial şəbəkələrdə pirotexniki vasitələr satan iki nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, növbəti tədbirlərlə sosial şəbəkələr vasitəsi ilə paytaxt ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən daha 2 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan ümumilikdə 1246 ədəd yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Araşdırmalar davam etdirilir. 

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, tezalışan maddələr və pirotexniki vasitələr insanların sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər