Qubada azyaşlılara siqaret satan şəxslərin barələrində tədbir görülüb
Nərmin Qocamanlı
Qubada azyaşlılara siqaret satan şəxslərin barələrində tədbir görülüb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Teqlər:
"Qubada azya\u015fl\u0131lara siqaret satan \u015f\u0259xsl\u0259rin bar\u0259l\u0259rind\u0259 t\u0259dbir g\u00f6r\u00fcl\u00fcb"