http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə keçirilən intellektual müsabiqənin finalçıları məlum olub

17 Dekabr 2023 , 17:27
Vəkillər Kollegiyasının təşkilatçılığı ilə keçirilən intellektual müsabiqənin finalçıları məlum olub

Dekabrın 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin yarımfinal mərhələsi keçirilib.

"Operativ Media" xəbər verir ki, ikinci mərhələdə Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası və Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb.

Müsabiqəyə təşkilati dəstək Vəkillər Kollegiyasının Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir.

Müsabiqənin məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.

Tədbirdə Vəkillər Kollegiyasının Akademiyasının nümayəndələri, ARVK-nın üzvləri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunmuş rəhbərləri və 20 tələbə iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə VK-nın üzvü, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxış edərək, iştirakçılara uğurlar arzulayıb, müsabiqənin reqlamenti və qaydalarını izah edib.

Daha sonra yarımfinal mərhələsinə start verilib və 4 komandada 5 tələbə olmaqla 90 dəqiqə ərzində konstitusiya hüquqi, mülki hüquq və cinayət hüququndan ümumilikdə 5 yazılı sual cavablandırılıb. İkinci mərhələnin sonunda komandaların cavabları Ali Məhkəmənin hakimi Elşad Şamayev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədova, üç hüquqşünas alim – h.e.d., professor Əmir Əliyev, h.ü.f.d., dosent Şükür Yusifov, h.e.d. Nazim Əliyev, o cümlədən ARVK-nın üzvləri - Samir Əsədov, Həbib Cəfərov və Anar Məmişov tərəfindən yoxlanılıb, qaliblər elan edilib.

Beləliklə, 112 bal toplayan DİN-in Polis Akademiyası və 107 xal yığan DTX-nin Heydər Əliyev adına Akademiyası birinci və ikinci yerlərdə qərarlaşaraq, final mərhələsinə adlayıblar.

Xatırladaq ki, müsabiqənin final mərhələsi dekabrın 23-də Ali Məhkəmənin inzibati binasında təşkil ediləcək.

Sonda qaliblər mükafatlandırılacaqlar.

Qeyd edək ki, üç mərhələdən ibarət müsabiqənin ilk günündə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, DİN-in Polis Akademiyası, DTX-nin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin (NDU) Hüquq fakültələrinin tələbələrinin komandası yarışmışdı. Müsabiqədə ən yüksək bal toplayan Milli Aviasiya Akademiyası, DİN-in Polis Akademiyası, DTX-nin Heydər Əliyev adına Akademiyası və Dövlət İdarəçilik Akademiyasının komandaları növbəti mərhələyə keçmişdi.

Məlumat üçün bildirərək ki, NDU-nun komandasının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunmuşdu.

OXŞAR XƏBƏRLƏR
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq

Şahdağa qar yağıb, Zərdaba dolu düşüb

Şahdağa qar yağıb, Zərdaba dolu düşüb

Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO

Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO

XƏBƏR LENTİ
  • 06:56

    Portuqaliya çempionatının qalibi bəlli oldu
  • 06:47

    İsrailin müdafiə naziri Rəfahı işğal etməklə hədələyib
  • 06:37

    "Yurqarden" qələbə qazandı, Musa ehtiyatda qaldı
  • 06:30

    Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib
  • Dünən
    22:59

    Si Cinpin: "Müstəqil Fələstin dövləti yaradılmalıdır"
  • Dünən
    22:40

    Türkiyədə 15 avtobus yanaraq külə döndü
  • Dünən
    22:13

    Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub
  • Dünən
    21:55

    Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
    Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
Menyu