Menyu

Gələn ildən taksi fəaliyyətində hansı qaydalar tətbiq olunacaq? - AÇIQLAMA

Redaksiya
Gələn ildən taksi fəaliyyətində hansı qaydalar tətbiq olunacaq? - AÇIQLAMA

Yanvarın 1-dən etibarən nəqliyyat sahəsində, xüsusən də sərnişin daşıma və taksi fəaliyyətində bir sıra dəyişikliklərin qüvvəyə minməsi gözlənilir. 

Bəs gələn ildən taksi fəaliyyətində hansı qaydalar tətbiq ediləcək?

Nəqliyyat eksperti Elməddin Muradlı bu barədə "Operativ Media"ya açıqlama verib. 

Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam nəqliyyat  sisteminin təkmilləşməsinə yönəlmiş qərardır - Ekspert - AZƏRTACEkspert qeyd edib ki, gələn ildən taksi fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur və bu fəaliyyət nəticəsində insanların daha çox ictimai nəqliyyata üz tutması təmin ediləcək:

"Taksi fəaliyyətində ciddi nəzarət var. Sürücülərin peşəkarlıq məsələsi və qanuni fəaliyyəti əsas hədəflərdəndir. Çünki qanunsuz fəaliyyət göstərən taksilərin sayı kifayət qədər çoxdur və bu da yollarda sıxlığa səbəb olur, yəni avtomobillərin yollarda, küçələrdə hərəkəti artıq tənzimlənəcək. Bu baxımdan yanvarın 1-dən tətbiq olunacaq qaydaları hamı diqqətlə bilməli və əməl etməlidir. İlk növbədə, taksi fəaliyyəti üçün imtahan vermək lazımdır, sürücü təlim mərkəzində hazırlıq keçilməli, sertifikat alınmalı, buraxılış kartı və buraxılış vərəqi əldə olunmalıdır. Demək olar ki, hər ay bu proses baş verəcək. Fərqlənmə nişanı mütləq alınmalıdır və bunun əsasında da onlar taksi sürücüsü kimi fəaliyyət göstərə bilərlər. Sürücü əgər fərdi qaydada fəaliyyət göstərirsə, mütləq avtomobilində taksometr olmalıdır. Bunlar olmadığı, sürücü tibbi müayinədən keçmədidyi təqdirdə şirkətlər bu sürücülərlə əməkdaşlıq etməməlidir. Əks halda onların da böyük cəzası var, 40 manatdan 40 000 manata qədər cərimələr nəzərdə tutulur".

E.Muradlı bildirib ki, yanvarın 1-dən qaydalara riayət etməyənlərə heç bir güzəşt olmayacaq:

"Ona görə taksi sürücüləri indidən bu işləri bilsinlər və həmin qaydalara uyğun hərəkət etsinlər. Hansı kateqoriyaya, hansı təbəqəyə məxsus olmağından asılı olmayaraq heç kimə güzəşt olmayacaq. Artıq dövlətin iradəsi bu sahəni tənzimləməkdən ibarətdir. Bir neçə ay öncədən atılan müəyyən addımlar nəticələr verib. İnsanlar daha çox ictimai nəqliyyata üz tuturlar. Düzdür, ictimai nəqliyyatımızın vəziyyəti deməzdim ki, çox yüksəkdir. Amma hər bir halda yavaş-yavaş bu proses də tənzimlənir. İctimai nəqliyyatda vəziyyət düzəldikcə taksidə də vəziyyəti tənzimləyib insanların rahat hərəkətini təmin edirlər. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hazırlanan bir çox təkliflər və layihələr var. Bunlar dəqiqliklə icra olunduqca vəziyyət daha da yaxşılaşacaq. Taksi fəaliyyəti xaotik bir sahəyə çevrilib. Burada nizam intizama çox ciddi ehtiyac var".

Teqlər:

"G\u0259l\u0259n ild\u0259n taksi f\u0259aliyy\u0259tind\u0259 hans\u0131 qaydalar t\u0259tbiq olunacaq? - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər