Menyu

Gədəbəydə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Əziz Əzizli
Gədəbəydə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Gədəbəydə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman VAZ-2110 markalı avtomobilin sürücüsü, Gədəbəy rayon sakini, İsmət Allahverdiyevin yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb və bu zaman avtomobildə çoxsaylı elektrik naqilləri olması, sürücünün özünü qeyri-adekvat aparması polis əməkdaşlarında əsaslı şübhələr yaradıb.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının İ. Allahverdiyevin ətrafında apardıqları istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o yaxın tanışları, Ramin Şükürov və Ülfət Abbasov ilə birlikdə Qarıkənd kəndində elektrik dirəklərinin yanında saxlanılan ümumi uzunluğu 408 metr olan elektrik naqillərini gizli yolla oğurlayıblar.

Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər