Menyu

Şirvanda xuliqanlıq niyyətilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Şirvanda xuliqanlıq niyyətilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi, cari il sentyabrın 4-də Şirvan şəhəri ərazisində 1963-cü il təvəllüdlü Yavər Bağırovun qəsdən öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

Şirvan şəhər prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər:

"\u015eirvanda xuliqanl\u0131q niyy\u0259til\u0259 q\u0259sd\u0259n adam \u00f6ld\u00fcrm\u0259kd\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xsin m\u0259hk\u0259m\u0259si ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər