Menyu

DİN qanunsuz saxlanılan odlu silah-sursatla bağlı növbəti maarifləndirici videoçarx hazırlayıb

Nərmin Qocamanlı
DİN qanunsuz saxlanılan odlu silah-sursatla bağlı növbəti maarifləndirici videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi əhalidə qanunsuz saxlanılan odlu silah-sursatla bağlı növbəti maarifləndirici videoçarx hazırlayıb.

Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir.

Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə polisə məlumat verən şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır.

Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.

Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər