Menyu

ANAMA: 2020-ci ilin noyabrından indiyədək 115 min hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib

Nərmin Qocamanlı
ANAMA: 2020-ci ilin noyabrından indiyədək 115 min hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib

2020-ci ilin noyabrından indiyədək 115 min hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

"Operativ Media" xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov dekabrın 21-də Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusundakı panel iclasda söyləyib.

O bildirib ki, Azərbaycanda minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumlardan biri olan ANAMA həmçinin bu fəaliyyətin koordinasiyası ilə də məşğuldur:

“Qardaş Türkiyənin minatəmizləmə sahəsində istehsal etdiyi müxtəlif avadanlıqlar, mexaniki minatəmizləmə vasitələri işğaldan azad edilən ərazilərdə istifadə olunur. Eləcə də bu ərazilərdə agentlik tərəfindən müxtəlif texnologiyalar tətbiq olunmaqdadır. Bura həm uzaq məsafədən idarə olunan mexaniki minatəmizləmə vasitələri, həm də minatəmizləmə maşınları daxildir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər