Menyu

Abşeronda narkokuryerdən 3 kiloqram marixuana aşkar edilib

Nərmin Qocamanlı
Abşeronda narkokuryerdən 3 kiloqram marixuana aşkar edilib

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbir zamanı Ağdam rayon sakini Aslan Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, A.Hacıyev paytaxt və Abşeron rayonu ərazisində narkokuryerlik edərək ondan aşkar edilən marixuananın satışını təşkil edib. 

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər