Menyu

Bakının Baş Planı Nərimanovda nələri dəyişəcək?

Redaksiya
Bakının Baş Planı Nərimanovda nələri dəyişəcək?

“Bakının Baş Planının icrasına ilk olaraq Nərimanov rayonu ərazisində "Montin qəsəbəsi" kimi tanınan ərazidən başlana bilər. Burada bütün infrastrukturun yenilənməsi nəzərdə tutulur”.

Bunu “Operativ Media”ya açıqlamasında Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib.

Nofəl Quliyevin sözlərinə görə, məqsəd Baş Planın ümumi parametrlərinin sözügedən inkişaf ərazisinə tətbiq etməkdir. 

''Babək prospekti ilə Heydər Əliyev prospekti arasındakı yer əsas ərazi olaraq götürülür. Burada Bakı şəhərinin mərkəzi hissəsinin prototipi yaradılacaq. Bildiyimiz kimi orada xırda birmərtəbəli, iki mərtəbəli fərdi evlər və köhnə “Xruşofka”lar mövcud olmaqdadır. Bütün bu binalar sökülərək yerində müasir dövrün tələblərinə uyğun , şəhərsalma və arxitektura qaydalarına uyğun olaraq çox da hündür olmayan binaların tikintisi nəzərdə tutulub. Layihdə ərazinin giriş qapısı ilə ayrılması, binaların birinci mərtəbəsində mağazalar, kafe və restoranlar kimi qarışıq istifadə sahələrinin nəzərdə tutulması sakinlər üçün rahat həyat şəraitini təmin edir".

Ekspert deyir ki, burada ən üstün şəhərdaxili inkişaf planı icra ediləcək. Yaşayış, iş və sosial mühiti bir məkanda cəmləşdirən ərazidə yaşayış məhəllələri və bloklaşdırılmış evlər inşa edilə bilər.

''Baş Planda nəzərdə tutulur ki, bu tikililər söküldükdən sonra "Montin" ərazisinin təxminən 60 %-i yaşayış üçün nəzərdə tutulsun. Tikintilərin indiki kimi plansız deyil, ara məsafələri saxlanılmaqla inşası həyata keçiriləcək. Burada dəmiryolu stansiyasının bərpası və əlaqələndirilmiş ictimai nəqliyyat şəbəkəsi yaradıla bilər. Velosiped, piyada səkiləri, məktəb və idman meydançalarının yaradılması, bir çox əyləncə mərkəzləri ə tikintilərin tikilməsi nəzərə alınacaq''.

Teqlər:

"Bak\u0131n\u0131n Ba\u015f Plan\u0131 N\u0259rimanovda n\u0259l\u0259ri d\u0259yi\u015f\u0259c\u0259k?"

Əlaqəli Xəbərlər