Menyu

Tikinti işləri niyə gecə aparılır?

Redaksiya
Tikinti işləri niyə gecə aparılır?

“Yük maşınlarının ancaq gecə şəhərə daxil olması sakinləri bezdirib. Şəhərin bir çox yerində tikinti gedir. Gecədən səhərə qədər də beton maşını işləyir. Sakinlər niyə narazı olmasın axı?”.

Bunu “Operativ Media”ya açıqlamasında tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan deyib.

Fotoğraf açıklaması yok.

Ekspert qeyd edib ki, Bakının tikinti problemi illərdir ki, həll edilmir. Tikinti şirkətləri, sakinlər - hər kəs narazıdır:

“İri tonnajlı yük avtomobillərinin, eləcə də betonqarışdıran maşınların gündüz saatlarında paytaxta daxil olması qadağandır. Tikinti şirkətləri isə məcbur olub betonlama işlərini gecələr həyata keçirirlər. Bu da yaxınlıqda yaşayan sakinlərin rahatlığını pozur. Nəzərə alsaq ki, Bakı şəhərinin Baş Planı təsdiq edilib və 25 yeni metro stansiyanın, yeni çoxmənzilli binaların tikilməsi, avtomobil, tramvay, velosiped yollarının çəkilməsi kimi iri layihələr nəzərdə tutulur, deməli, yük avtomobillərinin hərəkətinin artacağı da istisna edilmir. Hazırda iri tutumlu maşınların hərəkət qrafiki ilə tikinti işlərinin fərqli vaxtlarda aparılması ziddiyyət təşkil edir. Paytaxtda görülən işlərin həcmi genişləndikdə isə bu paradoksal vəziyyətdən doğan çətinliklər arta bilər”.

Muxtar Ərturanın sözlərinə görə, tikinti işlərinin genişləndirilməsi üçün həm yük avtomobillərinin hərəkətinə, həm də şirkətlərin çevik və səmərəli işləməsinə uyğun şərait yaradılmalıdır:

“Şəhər yollarında tıxacların yaranması və infrastrukturda  müəyyən diskomfortların yaranması baş verəcək ki, bu qaçılmazdır. Pompaların gecə işləməsi, hansısa yerlərə yük avtomobillərinin hərəkəti, daşın boşaldılması və ya tikinti işlərinin, əsasən də, beton işlərinin gecə vaxtı aparılması əhali içərisində narazılığa səbəb olur. Yaranan səs-küydən insanların dincəlmə məsələləri problemə çevrilir. Yaxın Avropa ölkələrinə nəzər salıb onların praktikasından istifadə etsək, daha məqsədəuyğun olar. Belə ki, Avropa ölkələrində infrastruktur yenilənməsi və tikinti işləri şəhərin mərkəzində olanda bir çox hallarda alternativ yollardan istifadə olunur və əhaliyə öncədən xəbərdarlıq olunur. Əhalinin digər alternativ yollardan hərəkəti və tıxacların olmaması üçün yollarda hərəkət planı hazırlanır. Əks halda şəhərdə çox böyük tıxaclar yaranacaq. Görüləcək işlər gündüz və gecə növbəsi qrafiki ilə aparılarsa, şəhərin mövcud infrastrukturu, nəqliyyat problemi nəzərə alınarsa, sözügedən çətinlikləri minimuma endirmək olar”.

Teqlər:

"Tikinti i\u015fl\u0259ri niy\u0259 gec\u0259 apar\u0131l\u0131r?"

Əlaqəli Xəbərlər