11 Yanvar 2024, 17:11
3226
Ev alarkən pulun mənbəyini göstərmək lazımdır?
Ev alarkən pulun mənbəyini göstərmək lazımdır? şəkil
Ev alarkən pulun mənbəyini göstərmək lazımdır?

Son günlər sosial şəbəkələrdə dəyəri 20 min manatdan artıq olan ev, mənzil, bağ sahəsi ödənişini notariuslarda edərkən deklarasiya (pulun mənbəyi haqqında məlumat) tələb edilməsi ilə bağlı məlumatlar yayılıb.

“Operativ Media” bir neçə notariat ofisi ilə məsələni dəqiqləşdirib. Notariat ofisləri xəbəri təsdiqləyiblər. Onlar bildirdilər ki, sistemdə belə bir tələb mövcuddur. Hələ ki, sənəd tələb edilmir. Lakin gəlirin haradan əldə edilməsi ilə bağlı qeydiyyat götürülür.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev isə bildirir ki, bu qərar daşınmaz əmlak bazarına ciddi təsir edəcək:

“Alıcılar çaş-baş qalıb. Notariuslar belə tələb irəli sürməsi əslində qanuni deyil. Çünki bu qərar təsdiqlənməyib. Bizdə əmlak bazarı Rusiyada yaşayan Azərbaycanlıların hesabına daha çox canlanır. Hər il fevral ayından maya qədər pul axını olur. Elə evlər də bu müddətə satılır. Rəsmi işləməyən nə qədər insan var, deklarasiya tələbi onları başqa bizneslərə yönləndirəcək. Sənədlə gəlirin mənbəyi tələb olunsa, insanlar bundan əziyyət çəkəcək”.

Son xəbərlər
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar