Azərbaycanda məşhur marketoloq təhdid olunub
Azərbaycanda məşhur marketoloq Şəfi Şəfiyev təhdid olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Deməli, ad uğur gətirmədiyi üçün dəyişdirən xanım instagram hesabında publik (hər kəsə açıq) post paylaşıb. Arzu Məmmədovadan olub, Dinara Axundova. Qeyd edib ki, yeni ad bundan öncə daha 2 nəfərə böyük uğurlar gətirib, ona da gətirəcək. Astroloqdur, 30 mindən çox izləyicisi var, bürclər vasitəsilə insanların həyatını, gələcəyini oxuduğu ilə bağlı elmi əsası olmayan, uydurma fikirlərlə seanslar keçir. Təbii ki, pul müqabilində. Öz astroloq tanışları da var, xanım özü də adını həmin astroloq tanışının məsləhəti ilə edib. Həmin xanımın adı Şəmsdir.
Mən həmin publik postu tənqid etmişdim və bunu edənləri, buna inananları cahil, dəli adlandırmışdım.
Post paylaşandan 15 saat sonra xanımın sevgilisi peyda oldu, nömrəsini yazdı, başladı söyüşlər söyməyə, hədə-qorxu ilə postu sildirməyə çalışdı. Nömrəmi istədi, ölkədə olmadığım üçün də nömrəmi vermədim. Dayanmadan təhqir etdi.
Təbii ki, mən belə şeyləri çox görmüşəm deyə, postu silmədim.
Ardınca xanım mənin profilimi öz hesabında paylaşdı, şikayət etdirdi. Instagram hesabımı 5 saat bağlı saxladı və şikayət əsassız olduğu üçün yenidən bərpa etdirdim.
Bu bitmədi, qaqaş feyk profillərlə hər formada nömrəmi almağa çalışır. Qaqaşın adı Nihad Qurbanzadədir, kolorist işləyir. Keçib yeni tvitter hesabı açıb, orda mənim şəklimi paylaşıb, söyüşlər yazmağa. Çox xəbərdarlıq etdim, amma məhəl qoymadı. Ardınca keçdi ki, sənin məndə şəxsi şəkillərin var, camaat mənə atır. Yəni, bildiyin şantaj edir.
Dünən gecə saat 3-də feyk profillə zəng edib mənə instagramda. Axır buna sonuncu xəbərdarlığımı edib, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi rəsmi saytında online şikayət məktubu yazdım. Görək, nə cavab gəlir.
Bu məsələ belə qalmamalıdır. Instagramda və digər sosial şəbəkələrdə insanların inanclarından, güvənindən istifadə edib bu cür dolandırıxılıq edən, böyük pullar qazanan N qədər adam var. Dövlət Vergi Xidməti bu məsələni diqqətdə saxlamalı və araşdırma etməlidir. Görək, seanslar zamanı vergi hesabatə verirlərmi?
Mən adətən bu mövzularda tvit yazıb və ya post atıb gedən adamam. Amma bu Nihad Qurbanzadə lap ağını çıxartdı. Özünü haqlı da bilir hələ.
Ümid edirəm, DİN bunu araşdıracaq".
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, fakt araşdırılacaq.
Qeyd edək ki, Şəfi Şəfiyev bir neçə tanınmış şirkətdə marketoloq vəzifəsində çalışıb. SAT qrupda marketoloq dərsləri deyib.