Menyu

Bakı-Quba-RF ödənişli yolunda “BMW” aşıb

Nərmin Qocamanlı
Bakı-Quba-RF ödənişli yolunda “BMW” aşıb
1 dəq oxu

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.

"Operativ Media" xəbər verir ki, yolun 108-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində "BMW" markalı avtomobil aşıb.

Qəza nəticəsində sürücü, 1997-ci il təvəllüdlü Cəfər Həsənov hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər - 1998-ci il təvəllüdlü Leyla Qocayeva, Nərmin Təhməzova və Emin Xudiyev xəsarət alıblar. 

Yaralılar Şabran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

 

Əlaqəli Xəbərlər