Menyu

Baş prokurorun müavini Binəqədidə partlayış baş verən əraziyə gəlib

Nərmin Qocamanlı
Baş prokurorun müavini Binəqədidə partlayış baş verən əraziyə gəlib
1 dəq oxu

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə  məlumatın verilməsi təmin ediləcəkdir.

Əlaqəli Xəbərlər