Menyu

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Gədəbəydə vətəndaşlarla görüşəcək

Nərmin Qocamanlı
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Gədəbəydə vətəndaşlarla görüşəcək

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev yanvarın 19-da, saat 10:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-894-62-02) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Teqlər:

"Aqrar Kredit v\u0259 \u0130nki\u015faf Agentliyinin s\u0259dri G\u0259d\u0259b\u0259yd\u0259 v\u0259t\u0259nda\u015flarla g\u00f6r\u00fc\u015f\u0259c\u0259k"

Əlaqəli Xəbərlər