Menyu

Sabirabadda qanunsuz ov edən 2 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Sabirabadda qanunsuz ov edən 2 nəfər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Suqovuşan ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar, eləcə də qanunsuz olaraq ovladınmış çöl dovşanları və ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər