Menyu

Oğurluğa görə saxlanılan şəxsin evindən tapança aşkarlanıb

Nərmin Qocamanlı
Oğurluğa görə saxlanılan şəxsin evindən tapança aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən baxış zamanı saxlanılan şəxslərdən Xaləddin Əliyevin yaşadığı evdən 1 ədəd "Makarov" tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə X.Əliyev və A.Qəhmanov barəsində həbs qətimkan tədbiri, S.Səfərov barəsində isə digər qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər