Menyu

Qusarda saxlanılan şəxsdən 3,5 kiloqram narkotik aşkarlanıb 

Nərmin Qocamanlı
Qusarda saxlanılan şəxsdən 3,5 kiloqram narkotik aşkarlanıb 

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən rayon sakini Elvin Kərimov saxlanılıb.

Həmin şəxsin üzərindən 3,2 kiloqram narkotik vasitə olan marixuana və 300 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də  cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər